“Qəbələ” “Sumqayıt”a qalib gəldi Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulacaq.
 
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.
 
“Sumqayıt” “Qəbələ”ni qəbul edəcək. İki gün öncə keçirilməli olan, lakin bəzi futbolçularda koronavirus aşkarlandığı üçün təxirə salınan matç “Kapital Bank Arena”da baş tutacaq.
 
Qeyd edək ki, turun ilk üç oyununda qalib müəyyənləşməyib. “Neftçi” – “Zirə” matçında 0:0, “Keşlə” – “Sabah” və “Səbail” – “Qarabağ” görüşlərində eyni - 1:1 hesabı qeydə alınıb.
 
Azərbaycan Premyer Liqası
11-ci tur
30 noyabr
 
16:00. “Sumqayıt” - “Qəbələ” 0:1
Baş hakim: Rəhim Həsənov.
Sumqayıt. "Kapital Bank Arena".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right