“Hakim səhvləri qələbəmizin qarşısını aldı” – Yunis Hüseynov

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, Hüseynov, 1:1 hesabıyla bitən matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

Maraqlı oyun oldu, komandamız yaxşı hazırlaşmışdı. Düşünürəm ki, rəqibdən daha üstün oynadıq. İkinci hissədə azlıqda qalsaq da, komandamız xarakter göstərdi. İlk 19 dəqiqədə artıq 4 sarı vərəqə var idi və düşünürdüm ki, qırmızı vərəqə olacaq. 4 futbolçumuz koronavirusa görə oyunu buraxırdı. Hakim səhvləri qələbəmizin qarşısını aldı.

Alvaro və Arturun gedişi mətbuatda təəccüblə qarşılandı.

Hər iki futbolçuyla qarşılıqlı razılaşma ilə yollarımızı ayırdıq. Komandamıza uyğun olmadılar və yollarımızı ayırdıq.

İlkin Qırtımovla danışığınız olacaq?

Danışıq olacaq, komandamızın xüsusi kodeksi var. Hər bir futbolçu bunu oxuyub və qol çəkib. Cərimə nədirsə, onu da ödəyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right