Elxan Məmmədov: "Bizə təklif etdilər ki..."

"Əslində, yaxşı matç idi. Oyunda çoxlu qollar gördük. Koronavirus və zədə səbəbindən hər iki komanda tam heyətlə çıxış edə bilmədi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"a 2:3 hesabı ilə uduzduğu görüş barədə "TRT Spor"a müsahibəsində deyib.

O, qələbə münasibətilə "Sivasspor"u təbrik edib: "Növbəti oyunlarda onlara uğurlar arzulayıram. Fürsətdən istifadə edib həmkarlarıma da təşəkkür edirəm.

Bu, "Qarabağ"ın ev oyunu idi. Türkiyə Futbol Federasiyasına (TFF) təşəkkürümü bildirmək istəyirəm. Bu imkanı "Qarabağ" üçün yaratdılar.

Bundan əlavə, bizə təklif etdilər ki, millinin də oyunu Türkiyədə təşkil oluna bilər. Lakin artıq matçlar bitib. TFF-yə hər şey üçün təşəkkür edirəm".

"Qarabağ" Avropa ev oyunlarını ölkədəki hərbi vəziyyətlə əlaqədar İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçirir.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right