“Neftçi”nin daha bir futbolçusunda koronavirus aşkarlandı

"Neftçi”nin daha bir futbolçusu koronavirusa yoluxub.

Newsport.az-ın məlumatına görə, Anton Krivotsyukun testi müsbət nəticələnib.

22 yaşlı cinah müdafiəçisi bu səbəbdən Azərbaycan Premyer Liqasının 11-ci turunda "Zirə" ilə matçı buraxıb.

Bruno Teluşi isə zədə səbəbindən komandasına kömək edə bilmir.

Artıq "Neftçi"nin kapitanı Emin Mahmudov və hücumçu Mirabdulla Abbasov koronavirusdan sağalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right