Millimizin futbolçusu sağaldı və ailəsinə döndü

Millimizin və “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə koronavirusdan sağalıb.

Newsport.az-ın məlumatına görəUEFA Millətlər Liqasının Xorvatiyada Monteneqro ilə oyunu ərəfəsində COVID-19-a yoluxan Təmkinin verdiyi növbəti testin nəticəsi neqativ çıxıb.

Bu üzdən futbolçu Xorvatiyadakı hoteli tərk edib və Azərbaycana qayıdıb.

Millimizin daha iki futbolçusu, “Qarabağ” klubunun üzvləri – Rahil Məmmədovla Maksim Medvedev hələ də sağalmayıblar. Onlar müvafiq olaraq Xorvatiya və Lüksemburqdakı hoteldə müalicə alırlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right