Millimiz FIFA reytinqində 5 pillə irəlilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
 
Newsport.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.
 
Hazırda yığma 1180 xalla 109-cu sırada qərarlaşıb.
 
İrəliləyişə səbəb yığmanın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.
 
Komandanın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro bir pillə irəliləyib və 1370 xalla 63-cü sıradadır. Üç pillə geriləyən Lüksemburq seçməsə 1235 xalla 98-ci, bir pillə geriləyən Kipr isə 1224 xalla 100-cüdür.
 
1487 xala malik Türkiyə millisi 32-ci pilləyə yüksəlib.
 
Reytinqin ilk üç pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right