“Qarabağ”ın futbolçusunun növbəti testi də müsbət çıxdı

Azərbaycan milli komandasının ölkə xaricindəki təlim-məşq toplanışı zamanı koronavirusa yoluxmuş futbolçularından biri sağalıb.
 
Newsport.az xəbər verir ki, "Sabah" klubunda çıxış edən Təmkin Xəlilzadənin testi mənfi olub.
 
Cinah oyunçusunun 1-2 gün ərzində Bakıya qayıdacağı gözlənilir.
 
Xəlilzadə ilə birlikdə Xorvatiyada olan "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun növbəti testi də müsbət çıxıb. Hər iki oyunçunun UEFA Millətlər Liqasının 5-ci turunun Monteneqro ilə matçından sonra koronavirusa yoluxduğu bəlli olmuşdu.
 
6-cı turda Lüksemburqla qarşılaşmadan əvvəl yoluxmuş Maksim Medvedev isə sabah test verəcək. 31 yaşlı müdafiəçi hazırda Lüksemburqdadır. (Report)
 
Qeyd edək ki, Azərbaycan millisi Lüksemburq və Monteneqro ilə qolsuz heç-heçə edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right