Fərid Nəbiyevli “Viktoriya”dan inamlı qələbə

Futbol üzrə Çexiya 2-ci divizionunda 9-cu turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Varnsdorf”la qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.
 
9 turdan sonra 18 xala malik “Viktoriya” 2-ci pillədə qərarlaşıb.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right