"Bütün səhvlərimizi analiz etmişik" - "Qarabağ"ın legioneri

Newsport.az "Qarabağ"ın kolimbiyalı müdafiəçisi Kevin Medinanın müsahibəsini təqdim edir:

- Çempionatdakı son oyunlarınızda "Neftçi"ni 6:0, "Sumqayıt" və "Keşlə"ni isə 6:1 hesabı ilə məğlub etdiniz. Rəqibləriniz bu qədər zəifdir?

- Mən elə düşünmürəm. Premyer Liqada zəif rəqib yoxdur. Biz komanda olaraq, yaxşı formadayıq. Növbəti matçlarda da bu çıxışımızı davam etdirmək istəyirik.

- Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaqsınız. Bu matçdan gözləntiləriniz nədən ibarətdir?

- Yaxşı komanda ilə qarşılaşacağımızı bilirik. Hazırda bu matça köklənməliyik. Qarşımızda bizim kimi motivasiyalı rəqib olacaq. Nəticə qazanmaq üçün çalışacağıq.

- Heyətinizdə zədəli və koronavirusa yoluxmuş futbolçular var. Bu, sizə Türkiyə təmsilçisi ilə görüşdə necə təsir edəcək?

- Yaxşı oyunçularımız və heyətimiz var. Həmin futbolçuların yerini doldura bilərik. Biz bir ailəyik. Bunu necə edəcəyimizi matçdan sonra dəyərləndirə bilərik.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right