“Sabah”la “Zaqatala” evdə, “Qarabağ” səfərdə darmadağına sevindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 7-ci tura start verilib.
 
Newsport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
“Sabah”ın əvəzediciləri “Sumqayıt”ın ikinci komandasına, “Zaqatala” isə “Keşlə”nin əvəzedicilərinə böyük hesabla qalib gəlib. “Qarabağ”ın əvəzediciləri də səfərdə MOİK-i 3 cavabsız qolla üstələyib.
 
Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
 
Birinci Divizion
7-ci tur
25 noyabr
 
“Zaqatala” – “Keşlə-2″ 4:0
Aleksandr Şemonayev, 26. Bəhruz Teymurov, 47-pen; 51; 90+5.
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Teymur Teymurov, Rəvan Həmzəzadə
Zaqatala şəhər stadionu, 13:00
 
“Sabah-2” – “Sumqayıt-2” 5:0
Fərid Kərimzadə, 6-pen; 46. Kamran Quliyev, 45+3-pen. Abdullah Xaibulayev, 51. Şakir Seyidov, 78-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Səbuhi Bayramov
Bakı Olimpiya Stadionu (ehtiyat meydança), 14:00
 
MOİK – “Qarabağ-2” 0:3
Qol: Nihad Tamazov, 63. Seyxan Fərəcov, 70. Hüseyn Hüseynzadə, 86.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Fərid Hacıyev
“ASCO Arena”, 14:00
 
26 noyabr
 
“Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Gəncə şəhər stadionu, 13:00
 
“Neftçi-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Kərim Zeynalov, Rəşad Əhmədov
Türk Hava Yollar Futbol Mərkəzi (4-cü meydança), 14:00.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah