“Səbail”in 4 futbolçusunda koronavirus aşkarlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində bu gün keçirilməli olan "Sabah" - "Səbail" matçı qonaq komandaya görə təxirə salınıb.
 
Newsport.az xəbər verir ki, bu barədə "Report"a "dənizçilər"in müvəqqəti icraçı direktoru Fərəc Əliyev məlumat verib.
 
Klub rəsmisinin sözlərinə görə, dünən götürülmüş analiz nəticələri 4 futbolçuda müsbət çıxdığı üçün bu addım atılıb: 
 
"Amma onların heç birində simptomlar yoxdur. Həmin oyunçular bu gün səhər saatlarında təkrar testdən keçiblər. Nəticələr axşamadək bilinəcək. Bundan sonra oyunla bağlı yekun qərar veriləcək. Testlər mənfi olsa, qarşılaşma sabah baş tuta bilər".
 
Hazırda "Sabah"ın heyətində Təmkin Xəlilzadə, "Səbail"dən isə Kamal Qurbanlı koronavirusdan əziyyət çəkir.
 
Qeyd edək ki, daha əvvəl ölkə çempionatında 9-cu turun "Sabah" - "Zirə" görüşü də eyni səbəbdən təxirə düşüb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah