"Qarabağ""Sumqayıt"ı darmadağın edib, liderliyi ələ keçirdi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.
 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir matç keçirilib. Son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu matça qədər komandalar bərabər xala malik olsalar da, "Qarabağ" qalib gələrək, turnir cədvəlinin vahid liderinə çevrilib.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.
 
Azərbaycan Premyer Liqası
10-cu tur
21 noyabr
 
16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1 
Qollar:
 Donald Gerye, 28, Abdullah Zubir, 34, Donald Gerye, 46+1 (3:0), Toral Bayramov, 54 (4:0), Mahir Emreli, 75 (5:0), Tellur Mütəllimov, 87 (5:1), Abdullah Zubir, 89 (6:1)
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Bakı. "Azersun Arena"




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah