“Qarabağ” məğlub oldu, “Neftçi” darmadağına sevindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura yekun vurulub.
 
Newsport.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
“Zaqatala” səfərdə “Qarabağ”ın əvəzedicilərini məğlub edib. “Neftçi-2” isə səfər oyununda “Sumqayıt-2”-ni darmadağın edib. “Sabah”ın əvəzediciləri də “Keşlə”dən üstün olub.
 
Birinci Divizion
6-cı tur
19 noyabr
 
Qaradağ Lökbatan – Turan Tovuz 1:3
Qol: Elvin Sərkərov, 72 – Aqşin Muxtaroğlu, 39. Nurlan Şabanov, 62. Elmir Tağıyev, 90+2
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Tərlan Talıbzadə, Səbuhi Bayramov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
 
Kəpəz – MOİK 1:0
Qol: Emil Məmmədov, 8-avtoqol.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, Namiq Bəkirov.
Gəncə şəhər stadionu.
 
20 noyabr
 
Qarabağ-2 – Zaqatala 2:3
Qol: İbrahim Hüseynov, 25. Seyxan Fərəcov, 59 – Salman Ələsgərov, 76. Pərvin Kərimli, 85. Ramin Əhmədov, 89.
Hakimlər: Orxan Məmmədov, Elman Kərimov, Ruslan Quliyev, Rauf Cabarov.
Bakı Olimpiya Stadionu (ehtiyat meydança).
 
Sumqayıt-2 – Neftçi-2 0:4
Qol: Asim Əlizadə, 12-pen. Vüsal Əsgərov, 55; 67. Famil Camalov, 74.
Hakimlər: Rauf Allahveridyev, Teymur Teymurov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança)
 
Keşlə-2 – Sabah-2 1:3
Qol: Elmir Rəhimzadə, 26-pen – Ceyhun Nuriyev, 36. Kamran Quliyev, 46. Abdullah Xaibulayev, 53.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Hidayət Feyzullayev, Səbuhi Bayramov.
“ASK Arena”.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah