Vətən müharibəsinin iştirakçısı Fariz Nəcəfov qələbədən yazdı

“Qəbələ” klubunun prezidenti, Vətən uğrunda gedən döyüşlərin iştirakçısı Fariz Nəcəfov Azərbaycanın Qarabağın azad olunması üçün apardığı mübarizədə qalib olması ilə bağlı paylaşım edib. Newsport.az xəbər verir ki, klub rəhbəri o, feysbuk hesabında bunları yazıb: 
 
“Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla xalqımızı təbrik edirəm. Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm. Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Tarixi zəfərin əldə olunmasında “hər şey cəbhə üçün” devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm. Qalib Azərbaycan xalqına eşq olsun!”. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right