"Neftçi" Samir Abasovla ilk məşqinə çıxdı FOTOLAR

"Neftçi” Premyer Liqanın 10-cu turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar” bu gün yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk məşqə çıxıb.

Müşahidə Şurasının da izlədiyi məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Ötən ay dirsəyindən əməliyyat olunmuş qapıçı Səlahət Ağayev isə artıq fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, "Qəbələ” – "Neftçi” oyunu noyabrın 22-si Qəbələ şəhər stadionunda keçiriləcək.

 

















Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right