Arazın klubunda daha 9 nəfər koronavirusa yoluxdu

Azərbaycanlı futbolçu Araz Abdullayevin də çıxış etdiyi “Boluspor”da koronavirusa 9 yeni yoluxma faktı aşkarlanıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, adı açıqlanmayan həmin şəxslərdən 5-i futbolçu, 3-ü məşqçi və 1-i klub işçisidir. Onların artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Boluspor”da 3-ü futbolçu olmaqla 6 nəfər koronavirusa yoluxmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right