Ən çox penalti qaçıranlar: Messiylə Ronaldo liderdir

21-ci əsrdə penalti zərbələrini ən çox uğursuz yerinə yetirən futbolçuların siyahısı açıqlanıb.
 
Newsport.az xəbər verir ki, “transfermarkt”ın hazırladığı siyahıya “Barselona”nın hücumçusu Lionel Messi başçılıq edir.
 
Argentinalı futbolçu 27 dəfə penaltidən yararlana bilməyib. “Yuventus”un futbolçusu Kriştiano Ronaldo da Messi ilə eyni sayda – 27 dəfə penaltini uğursuz yerinə yetirib. Siyahıda ilk 3-lüyü “Roma”nın sabiq futbolçusu Françesko Totti tamamlayır.
 
Lionel Messi – 27
Kriştiano Ronaldo – 27
Françesko Totti – 19
Zlatan İbrahimoviç – 16
Antonio di Natale – 15
Edinson Kavani – 14
Ueyn Runi – 13
Ronaldinyo – 13
Frenk Lempard – 13
Serxio Aquero – 12




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right