"Qol epizodları yaratmaq tam alınmırdı”

Sloveniya millisinin baş məşqçisi Matyaj Kek Azərbaycanla qolsuz bərabərə qaldıqları yoxlama oyununu şərh edib.
Newsport.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
 
“İlk hissəni pis keçirdik, aqressiya çatmırdı, topa gecikirdik. Rəqib çox yaxşı oyun göstərdi. Xüsusən, çox yaxşı qapanırdı. Biz isə topu qəbul edəndə daha çox İliçiçi topla təmin etməyə çalışırdıq. Bu da effekt vermirdi. İkinci hissə daha yaxşı oynadıq, amma yenə də qol epizodları yaratmaq tam alınmırdı”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right