"Bizim aramızda sağlam rəqabət var" - Emil Balayev

"Bizim üçün əlamətdar gündür - zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin qapıçısı Emil Balayev sabah Sloveniya ilə keçiriləcək yoxlama matçı üçün təşkil edilən mətbuat konfransında deyib.

O, “Qarabağ”da da komanda yoldaşı olan Şahruddin Məhəmmədəliyevlə sağlam rəqabətdə olduqlarını söyləyib: "Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddinə şans verir. Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımız gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right