“Azərbaycan bu səhər yuxudan qalib xalq kimi oyanıb” - De Byazi

“Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bu səhər yuxudan artıq qalib xalq kimi oyanıb. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Sloveniya ilə sabah keçiriləcək yoxlama oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis yoxlama matçı olmasına baxmayaraq, nəticənin vacib olduğunu bildirib: "Sabahkı oyunda daha çox yeni cəlb etdiyimiz oyunçulara şans verəcəyəm. Oyuna yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün oyunlar bizim üçün vacibdir. Sabah da qalib gəlmək üçün mübarizə aparacağıq.


Hər zaman demişəm, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır. Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right