Premyer Liqa klublarının cəzası açıqlandı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.

Premyer Liqanın IX turunun “Səbail” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Keşlə” – “Qəbələ” oyununda hər iki klubun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunur;

 “Neftçi” – “Qarabağ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur;

“Sabah” – “Zirə” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Zirə” klubunun 1 nömrəli futbolçusu Mateus Albino ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right