Qarşıdakı oyunlar milliyə necə təsir edəcək?

Milli komandanın növbəti 3 oyununun yığmanın FIFA reytinqinə necə təsir edəcəyi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu gün Sloveniya ilə qarşılaşacaq Canni De Byazinin komandası yoldaşlıq görüşündəki qələbə ilə aktivini 6,8 xal zənginləşdirə bilər. Heç-heçə yığmaya 1,8 xal qazandıracaq. Məğlubiyyət isə 3,2 xal itkisi anlamına gələcək.

Rəsmi maçlara gəlincə, Millətlər Liqasının V turunda Monteneqronu məğlub etmək mümkün olsa, millimiz 10,2 xal qazanacaq. Neytral meydanda keçiriləcək ev oyununda heç-heçə də qazanc olar - 2,7. Məğlubiyyət isə 4,8 xal silinməsi ilə nəticələnəcək.

Millətlər Liqasının son turunda Lüksemburqla səfər oyununda qələbə 8,5, heç-heçə 1 xal qazanmağa imkan yaradacaq. Məğlubiyyət isə yığmanın aktivindən 6,5 xalın silinməsinə səbəb olacaq.

Ümumilikdə, qarşıdakı 3 görüşdə millimin maksimum qazancı 25, ən çox itkisi isə 14 xaldı. Yığma hazırda 1175 xalla dünyanın 114-cüsüdü.

Bu gün Sloveniya ilə üz-üzə gələcək millimiz ayın 14-də Monteneqro ilə qarşılaşacaq, 17-də Lüksemburqla oynayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right