Monteneqro - Azərbaycan oyununun hakimləri açıqlandı

Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun hakim təyinatları açıqlanıb.

Newsport.az-ın məlumatına görə, qarşılaşma rusiyalı hakimlərə tapşırılıb. Oyunu Sergey İvanov idarə edəcək. Ona yan xətlərdə Roman Usaçev və Valeri Dençenko köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Noyabrın 14-də Xorvatiyada "İvan Lalyak-İviç" stadionunda keçiriləcək Azərbaycan - Monteneqro görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right