Nikolas Hagen: "Nəticələr və komandanın çıxışından məmnunam"

"Səbail"in qapıçısı Nikolas Hagen ESPN nəşrinə açıqlamasında komandasının Azərbaycan Premyer Liqasındakı çıxışı barədə danışıb:

"Nəticələr və komandanın çıxışından məmnunam. Uğurlu seriyamız var. Yuxarı pillələrə doğru irəliləyirik. Komanda özünü daha yaxşı hiss edir. Ən vacib olan öz oyunumuzu tapmağa başlayırıq. İlk yerlər uğrunda mübarizə aparmaq istəyirik və fikrimiz oyunumuzu yaxşılaşdırmağa davam etməkdir".

24 yaşlı qolkiper öz oyunu haqda da fikir bildirib: "Tədricən mövqeyimi gücləndirirəm. Baş məşqçinin və komanda yoldaşlarımın etimadını qazandığımı hiss edirəm. Qarşılıqlı anlaşma inkişaf edir və daha kompakt şəkildə müdafiə olunuruq".

Qvatemalı qapıçı bildirib ki, oyunu yaxşılaşdırmaq üçün eyni düşüncə tərzi ilə davam edir: "Komandama kömək üçün əlavə məşq etməli, hazırlıq prosesində daha çox vaxt keçirməliyəm. Ümid edirəm ki, uğurlu çıxışımı davam etdirəcəyəm".

Nikolas Hagen 2020/2021 mövsümün əvvəlindən "Səbail"də oynayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right