“Bundan sonra işğal haqda yox, bu zəfər barədə danışacam” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klubun mətbuat xidmətinə danışan mütəxəssis qələbəylə bağlı hisslərini ifadə edib:

“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdi gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. İndidən sonra işğal haqda yox, bu zəfərdən danışacam.

Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.

Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan!”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right