Yığmanın İsveçrəyə qarşı oyununun hakimləri

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin İsveçrə - Azərbaycan matçının hakimləri açıqlanıb.

Newsport.az-ın məlumatına görə, noyabrın 12-də keçiriləcək qarşılaşmanı İsveçdən olan hakimlər idarə edəcək.

İsveçrənin Tyun şəhərindəki "Tyun Arena"da təşkil olunacaq matçda Kaspar Syoberq baş hakim, Peter Maqnusson və Maks Robin Vilde onun köməkçiləri olacaq. Viktor Volf qarşılaşmada dördüncü hakim funksiyasını yerinə yetirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right