"Səbail"in 25-ci qələbəsi

“Səbail” Azərbaycan Premyer Liqasında 25-ci qələbəsini qazanıb.

Newsport.az-ın məlumatına görə, yubiley 9-cu turun “Sumqayıt”la matçına təsadüf edib.

2017/18 mövsümündən Premyer Liqada çıxış edən paytaxt təmsilçisi 84-cü oyununda “25”ə çatıb.

Digər qarşılaşmalarda komanda 18 heç-heçə edib və 41 dəfə uduzub. “Səbail” 13 dəfə evdə, 12 dəfə səfərdə qalib gəlib.

Paytaxt təmsilçisi ölkə çempionatlarında ən azı 25 qələbəsi olan 33-cü komandadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right