"İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar" - Xayme Romero

"Qarabağ"ın ispan futbolçusu Xayme Romero ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi ölkədəki hərbi vəziyyətə baxmayaraq, normal həyat tərzində yaşadıqlarını bildirib:

"Qarabağ münaqişənin yaşandığı bölgənin adıdı. Baş məşqçi ölkəni və həmin bölgəni təmsil etdiyimizi açıq şəkildə izah edib. Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandı. Arada bir fərq görmürük, təhlükə də yoxdu. Məni burada təsirləndirən vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdı. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdi”.

Romero Ağdam təmsilçisində xoşbəxt olduğunu söyləyib: "Komandaya tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 il avrokubokların qrup mərhələsində oynayır. Bakı möhtəşəm şəhərdi. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi".

İspan oyunçu Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri görüş barədə də danışıb: "Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Matç heç vaxt olmadığımız stadionda keçiriləcək. "Vilyarreal" qrupun favoritidi. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qalib gəlmək üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right