Millinin baş məşqçisi: "Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindi"

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi Çexiyaya uduzan (0:3) qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, rəqibin komandasına oynamağa imkan vermədiyini söyləyib:

“Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir. Pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başlamışıq. Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindi. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdı. Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right