Millimiz darmadağın oldu

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
 

Newsport.az-ın məlumatına görə, Siyasət Əsgərovun çalışdırdığı komanda səfərdə Çexiya millisi ilə qarşılaşıb.
 Ötən il noyabrında “Bayıl Arena"da yığmamıza 4:0 hesabıyla qalib gələn çexlər bu dəfə 3 cavabsız qolla üstün olub. 

Qeyd edək ki, qrupda keçirdiyi 6 oyunun hamısında uduzan yığmamız autsayderdir. Polşa 14 xalla qrup lideridir. İspaniya və Çexiya 13 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşürlər. Moldova 3 xalla 4-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right