AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının VII turu ilə bağlı qərarlar verilib.
“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” – “Sumqayıt” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Qarabağ” oyununda qonaq komandanın futbolçusu Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.