Azərbaycan Premyer Liqasının ən gənc komandası

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında bu mövsüm meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında geridə qalan 6 tura əsasən ən gənc komanda "Sumqayıt"dı.

"Kimyaçılar"da orta yaş həddi 25,6 olub. "Zirə" (25,9) 2-ci, "Qəbələ" (26,3) 3-cü, "Səbail" (26,3) 4-cü, "Neftçi" (26,4) 5-ci, "Qarabağ" (27) 6-cı, "Keşlə" (27,5) 7-ci, "Sabah" (27,6) isə 8-cidi.

Azərbaycan Premyer Liqasının V turundakı "Qarabağ" - "Səbail" matçı təxirə salındığı üçün hər iki komandanın nəticələri 5 oyuna əsasən hesablanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right