Son 4 mövsümdə ilk dəfə

“Sumqayıt”ın futbolçusu Əli Qurbani Azərbaycan Premyer Liqasında I dövrənin bombardiri olub.

Newsport.az-ın məlumatına görə, arxada qalan 7 turda 6 qol vurub. Bu, son 4 mövsüm üçün mütləq rekorddu. Əvvəlki üç çempionatın startında belə məhsuldarlıq qeydə alınmayıb. İlk 7 turda 6 və ya daha çox qol vuran sonuncu futbolçu 2016/17 mövsümündə olub. Həmin vaxt “Qəbələ”nin şərəfini qoruyan Baqali Dabo daha çox – 7 top vurub.

Bombardirlər yarışında lider olan Qurbaninin ən yaxın izləyicisi Namiq Ələsgərov (“Neftçi”) 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right