"Əvvəl onu millidən də silmişdilər, ancaq indi..." - Ayxan Abbasov

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az xəbər verir ki, o, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
 
- Ölkəmiz müharibə şəraitindədir, bütün diqqətimiz oradadır. Çempionatın get-gedə gərginləşdiyini bilirik. Bir az çətinliklər olur, üzərimizdə təzyiqlər var. Futbolçulara təşəkkür edirəm. Havaların isti keçməsiylə əlaqədar da oyunların tempi aşağı düşür. Vacib qələbə idi. Bir az ağıllı taktika seçmişdik, 1:0-dan sonra oyunun taleyini həll edə bilərdik. Əsas odur ki, sonda gənc futbolçumuz qol vurdu və bu, bizi sevindirir. Hər kəz bizdən çox şey gözləyir, sona qədər bacardığımızı edəcəyik. Futbolçularıma da demişəm ki, müdafiəçini hücumda da oynada bilərəm, hazır olsunlar. Komandamdan razı qaldım.

- Xəyal Nəcəfovu erkən əvəzlədiyinizi düşünmürsünüz?

- Dəyişikliyə ehtiyac var idi. Qələbə qazanmışıqsa, deməli düz etmişik.

- Bu gün 3 xal qazanmasaydınız, özünüzü necə hiss edəcəkdiniz?

- Futbolçulara da dedim. Biz bu oyunu uduza da bilərdik. Rəqib bütün komandayla üzərimizə gəlirdi. Xal itirsəydik, qol epizodlarına görə təəssüflənərdik. Futbolçular da bundan dərs götürməlidir. İşimiz çoxdur, qələbələr və turnir cədvəli bizi aldatmamalıdır. Bizi qarşıda çətin oyunlar gözləyir.

- Sona qədər bu tempi saxlaya biləcəksiniz?

- Bilirəm nəyi nəzərdə tutursunuz. 4 dövrəni bu tempdə oynamaq çətin olacaq. Bu, həqiqətdir. Hər komandanın enişi və çıxışı olacaq. Milli komandaya da çox futbolçu gedir, bu da məni narahat edir. Qışa qədər bizi gərgin oyunlar gözləyir. Futbolçularım da buna öyrəşməlidir. Bu tempi saxlamaq bizə çətin olacaq, lakin bu, o demək deyil ki, biz təslim olacağıq. Bu gün Murad Xaçayevin oyunu göz qabağındadır. Bu gün o, U-21 millisinə çağırılmırsa, ya biz futbolu bilmirik, ya da millidəkilər daha çox bilir.

- Xəyal əvvəllər intizamsız futbolçu olub. Bu gün onda nəyi dəyişmisiniz ki, müsbətə doğru irəliləyiş var?

- Əvvəlcə Xəyal özü dəyişdi. O, dərk edir ki, artıq yaş gedir. Ona dedim ki, yaş artır, ancaq sən yerində sayırsan. Daha sonra intizamlı oldu. İndiki halı göz qabağındadır. Əvvəl onu millidən də silmişdilər, ancaq indi bu haqda düşünürlər. Xəyal işinin ciddiyətini başa düşüb, dəyişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right