"Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Sumqayıt" yenidən liderliyə yüksəldi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə 2 matç keçirilib. “Sabah” doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Sumqayıt" yenidən liderliyə yüksəlib .

Turun son qarşılaşmasında isə “Qarabağ” “Zirə”nin qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu karyerası ərzində uzun illər oynadığı "Qarabağ"a qarşı ilk matçı olub.

Azərbaycan Premyer Liqası, 7-ci tur

25 oktyabr
 

14:00.“Sabah” - “Sumqayıt” 1:2
Qollar: 
Cavid İmamverdiyev, 65 (öz qapısına) - Əli Qurbani, 28, Səbuhi Abdullazadə, 90+5
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
Bank Respublika Arena

16:00.“Zirə” - “Qarabağ” 0-0
Hakimlər:
 Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
Zirə İdman Kompleksinin stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right