Millinin baş məşqçisi 0:3-ə şərh verdi: "Komandanın oyunundan razıyam"

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə qrup mərhələsində Polşaya qarşı keçirdikləri oyunu şərh edib.

 

Newsport.az-ın məlumatına görə, o, 0:3 hesabıyla məğlub olduqları oyundan sonra bunları söyləyib:

“Öncə rəqib komandanı təbrik edirəm və gələcək oyunlarda onlara uğurlar arzu edirəm. Uzun müddət pandemiya ilə əlaqədar məşq etmədik. Bir çox ölkələrdə çempionat dayandırıldığından legioner futbolçularımızın oyun təcrübəsinin olmaması oyuna öz təsirini göstərdi. Buna baxmayaraq, komandanın oyunundan razıyam. Bu qədər çatışmazlığa rəğmən, komanda həqiqətən xarakter nümayiş etdirdi”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right