"Neftçi"nin futbolçusu əməliyyat olundu

"Neftçi"nin zədəli futbolçusu Səlahət Ağayev əməliyyat olunub. 

Newsport.az-ın məlumatına görə, təcrübəli qolkiper dünən Türkiyədə bıçaq altına girib.

Milli üzvünün əməliyyatı uğurlu keçib. Dirsəyindən əməliyyat olunan Səlahət 3 həftə sonra topla məşqlərə başlaya biləcək.

Səlahət Ağayev zədə səbəbindən bir müddətdi komandasına kömək edə bilmirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right