“Özümüzü evimizdəki kimi hiss edəcəyimizə əmin etdilər” - Emrah Çelikel

“Vilyarreal”la oyunu israrla Türkiyədə keçirmək istədik. Bununla bağlı “Başakşəhər” klubu ilə söhbətimiz oldu. Həm klub rəsmiləri, həm də prezident Göksəl Gümüşdağ bizi çox isti qarşıladı”.

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın direktoru Emrah Çelikel UEFA Avropa Liqasının I qrupunun 2-ci turunda “Vilyarreal"la oyunlarının İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionuna salınması barədə danışarkən deyib.

Klub rəsmisi DHA-ya açıqlamasında UEFA-nın bu qərarına sevindiklərini bildirib: "Digər ölkələrdə təhlükəsizlik məsələsi başda olmaqla, sıxıntılarımız ola bilərdi. Türkiyədə hansı klubla əlaqə saxlasaq, bizi isti qarşılayacaqlarına əmin idik. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bu ölkələrin komandaları bir-birinin meydanında özlərini səfərdəki kimi hiss etməzlər".

E.Çelikel "Başakşehir" klubunun onların müraciətlərinə həssaslıqla yanaşdıqlarını da qeyd edib: "Həm klub prezidenti Göksel Gümüşdağ, həm də digər rəsmilər bizi isti qarşıladı. Bizə kömək edəcəklərini bildirdilər. UEFA-ya "Başakşehir Fatih Terim" stadionunu alternativ variant kimi təklif etmişdik. Sevindiricidir ki, tələbəmiz müsbət qarşılandı. "Vilyarreal"la oyunu burada keçirəcəyik. Növbəti ev oyunları ilə bağlı qərar dəqiq deyil. Bu, bir oyunluq qərardır. "Başakşehir" klubuna "Qarabağ" adından təşəkkürümüzü bildirirəm. Türkiyədə görüşərik".

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah