UEFA-dan "Qarabağ"a əsgər salamına görə xəbərdarlıq

UEFA İntizam KomitəsiQarabağa rəsmi xəbərdarlıq edib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

Avropa Liqasının pley-off mərhələsindəLegiyailə Polşada keçirilən oyundan (3:0) sonra futbolçular məşqçilər heyətinin üzvləri hərbi salam verdiyi üçün İntizam Komitəsi bu qərarı verib.

"Qarabağ”lıların hərbi salamı siyasi jest kimi qiymətləndirilib. Buna görə Ağdam klubunun 13 futbolçusu məşqçilər heyətinin üzvləri daxil olmaqla klubun 14 nümayəndəsi xəbərdarlıq alıb.

Xatırladaq ki, oktyabrın 1- Avropa Liqasının pley-off mərhələsində “Legiya”nı məğlub edərək qrupa adlayan “Qarabağ”ın heyəti qarşılaşmadan sonra qələbəni hərbi salamla qeyd edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah