"Zirə"dən 250-ci qol

“Sumqayıt”la Azərbaycan Premyer Liqasının VI turunun səfər matçında (1:2) vurulan qol “Zirə”nin tarixinə düşüb. Bu top klubun bütün turnirlərdə vurduğu ümumilikdə 250-ci qoldur.

Newsport.az-ın məlumatına görə, Sumqayıtdakı görüşədək 249 dəfə rəqib qapısına yol tapan “qartallar”ın yubiley qoluna Davit Volkov imza atıb. Bu, “Zirə”nin ümumilikdə 197-ci oyununda gerçəkləşib. Komandanın orta məhsuldarlığı 1,27-yə bərabərdir.

250 qoldan 167-si Premyer Liqada, 55-i I divizionda, 23-ü Azərbaycan kubokunda, 5-i UEFA Avropa Liqasında qeydə alınıb.

“Zirə” evdə 137, səfərdə 113 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right