"Sumqayıt" tarixinin rekordu

Azərbaycan Premyer Liqasının lideri olan “Sumqayıt” klub tarixinin rekorduna imza atıb. 

Newsport.az-ın məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.

Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdi. Bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudu. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. 

“Sumqayıt” bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right