"Qarabağ" "Neftçi"nin rekordunu təkrarladı

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. 

Newsport.az-ın məlumatına görə, bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib.

"Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib.

Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right