"Sumqayıt"da ciddi itki: Milli üzvünün xidmətindən məhrum oldu

Azərbaycan Premyer Liqasının VII turunda səfərdə "Sabah"ın qonağı olacaq "Sumqayıt" bu matçda ciddi itki ilə çıxacaq.


Newsport.az-ın məlumatına görə, "kimyaçılar"da millimizin üzvü Vüqar Mustafayev bu qarşılaşmada iştirak etməyəcək. Buna səbəb futbolçunun çempionatın VI turunda "Zirə"ylə matçda sarı vərəqə alaraq vərəqə limitini doldurması və cəzalı duruma düşməsidir.

Qeyd edək ki, "Sabah" - "Sumqayıt" matçı 25 oktyabrda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right