Visente Qomes: "Oyunumuzda dinamiklik çatışmırdı"

"Sabah"ın baş məşqçisi Visente Qomesqo Azərbaycan Premyer Liqasının Vı turunda "Neftçi"yə məğlubiyyətdən (0:1) sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis vəziyyətlərindən yararlana bilməmələrini qabardıb:

"Azərbaycanın müstəqillik günü münasibətilə hamını təbrik edirəm. Qarşılaşmanın birinci hissəsi eyni səviyyədə keçdi. Rəqib qol vurmağı bacardı, biz isə hücumları məntiqli sonluqla tamamlaya bilmədik. Oyunumuzda dinamiklik çatışmırdı. İkinci yarıda üstün tərəf biz idik. Lakin əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Bu cür qol vəziyyətlərini dəyərləndirə bilməsək, qələbə qazana bilmərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right