“Neftçi” və “Sabah” meydana xüsusi formalarla çıxdı

Azərbaycan Premyer Liqasının 6-cı turunda hazırda davam edən “Neftçi" – “Sabah” oyunu üçün xüsusi hazırlıq görülüb.

Newsport.az-ın məlumatına görə, qarşılaşma 18 oktyabr Azərbaycan dövlət müstəqilliyi günündə keçirildiyindən komandalar stadionda pankart açılıb.

Pankartın üzərində “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” sözləri yazılıb.
 
Turun ilk oyun günündə olduğu kimi bu matçda da Dağlıq Qarabağda baş verən hadisələrlə bağlı Azərbaycan Ordusuna dəstək nümayiş olunub. Komandalar və hakimlər üzərində “Torpaq, əgər uğrunda ölən varsa vətəndir” sözləri və Azərbaycanın xəritəsi əks olunmuş xüsusi formalarla çıxıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right