"Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq" - Ayxan Abbasov

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının VI turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Döyüş bölgəsində əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən, bu gün futbol bizim üçün ikinci plandadı. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Matça gəlincə, "Zirə" haqda bilirdik, son iki oyunda qələbə qazanmışdılar. Əzmkar komandadılar və 10 xalı təsadüfən yığmayıblar. Süleyman Əhmədovun zədələnməsi bizə təsir etmişdi. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza davam edəcəyik.

- "Zirvəyə qalxmaq asandı, ancaq orada qalmaq çətindi" deyimi var. Futbolçuların arxayınlaşmasından qorxmursuz?
- Bu, hər bir psixologiyada ola bilər. Hər həftə bu haqda danışırıq. Qarşımıza məqsəd qoymuşuq ki, turnir cədvəlinə baxmayaq. Turnir cədvəlinə aldanıb, fikrimiz başqa yerlərə gedə bilər. Hələ heç nə etməmişik, qarşıda bizi çətin oyunlar gözləyir. Bizə inam az idi, ancaq məqsədimiz mübarizəli komanda yaratmaq idi. Bu gün də futbolçuların mübarizəsi bizi sevindirir. Onlar da bunu dərk edir və düşünürəm ki, bu, bizə problem olmayacaq.

- Qələbədən başqa, nələrdən razı qaldız?
- Mübarizədən razı qaldım. Biz bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq. Ən əsas sevindirən o idi ki, futbolçular sona qədər mübarizə apardı. Rəqibin təzyiqindən sonra çalışdıq nələrisə dəyişək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right