Rəşad Sadıqov: "Meydanda görmək istədiyim komandanı gördüm"

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- İlk növbədə dövlətimizi, ordumuzu qazanılan uğurlara görə təbrik edirəm. Oyuna gəldikdə, maraqlı alındı, sürətli futbolun şahidi olduq. Xüsusilə, ikinci hissədə üstün oynadıq. Bu gün meydanda görmək istədiyim komandanı gördüm. Önümüzə baxıb, daha güclü olmalıyıq.

- Ağabala Ramazanovun oyuna gec qoşulması nəylə bağlı idi?
- O, bizim kapitanımızdı. Sadəcə zədəli idi, həkimlərlə məsləhətləşəndən sonra 20-25 dəqiqə oynaya biləcəyini bildik. Ona görə sonradan meydana daxil oldu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right