"Neftçi" "Sabah"a qalib gəldi, "Sumqayıt" lider oldu Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sonuncu oyun günündə iki görüş keçirilib. “Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
 
Turun son matçında isə "Zirə" səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bununla da xallarını 11-ə çatdıran Ayxan Abbasovun komandası liderliyə yüksəlib. "Zirə" 10 xalla 2-cidir.
 
Xatırladaq ki, ilk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.

 




 
Azərbaycan Premyer Liqası

6-cı tur

18 oktyabr
 
16:00. "Sumqayıt" - "Zirə" - 2:1
Qollar:
 Rəhim Sadıxov, 35-pen. (1:0), David Volkov, 40 (1:1), Tellur Mütəllimov, 59 (2:1)
Qırmızı vərəqə: Kərim Diniyev, 90+4 ("Zirə")
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. "Kapital Bank Arena"

14:00. "Neftçi" - "Sabah" 1:0
Qol:
 Namiq Ələsgərov, 29
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right