Elmar Baxşıyev: "Qarabağ" layiqli qələbə qazandı"

Azərbaycan Premyer Liqasının VI turunun “Qarabağ” – “Qəbələ” oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. 

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis "Qarabağ"ın daha güclü olduğunu döyləyib:

“Öncə Füzuli şəhərinin azad olunması münasibətilə hamınızı təbrik edirəm. Klub olaraq ermənilərin terrorunu lənətləyirik. İnanırıq ki, dövlət, xalq olaraq onların cəzalarını verəcəyik. Oyuna gəlincə, komandalar arasında fərq hiss olunur. "Qarabağ" təşkilatlanmış komandadı. Biz isə yeni komandayıq. İnanıram ki, oyundan-oyuna biz də yaxşı performans göstərib, layiq olduğumuz yerlərə qalxacağıq. Ümumi götürəndə, bizim də fərqlənmək şanslarımız oldu. "Qarabağ" elə bir komandadı ki, hər zaman sənə təzyiq edir və bundan həmişə çıxa bilmirsən. Hesab edirəm ki, rəqib bu gün layiqli qələbə qazandı. Ancaq "Qarabağ" bizdən güclü idi.
Qismət Alıyevin yeri görünəcək. Ancaq məşqçinin işi heyfslənmək yox, əksinə, daha da artığına çalışmaqdı. Düşünürəm ki, gənc futbolçularımız Qismətin yerini getdikcə dolduracaqlar”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right