Yunis Hüseynov: "Bəxt bizdən üz döndərdi"

"Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının VI turunda "Səbail"lə matçdan (1:1) sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, 2 xal itirdiklərini söyləyib:

"İlk növbədə, cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.

Oyuna gəlincə, ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarımızdan yararlana bilmədik. Futbolun qanunudu: Sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli epizod yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı bu matçda qazanmağa çalışacağıq. Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right